Hadisə

Daha bir koronavirus xəstəsi insanlara təhlükə yaratdı

Daha bir koronavirus xəstəsi insanlara təhlükə yaratdı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Kanal14.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, belə ki, noyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunaraq, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edərək, digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.