Hadisə

Dünən Bərdədə yaralanan daha 1 qadın vəfat etdi

Dünən Bərdədə yaralanan daha 1 qadın vəfat etdi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ötən gün ermənilərin Bərdəyə atdığı raket nəticəsində yaralanan daha bir şəxs vəfat edib. 

Kanal14.az bildirir ki, Ermənistanın 27 oktyabrda şəhərdə törətdiyi təxribat nəticəsində ağır yaralanan Əliyeva Almaz Salah qızı bu gün dünyasını dəyişib. 1961-ci il təvəllüdlü qadın xəstəxanada müalicə alırdı. 

Xatırladaq ki, ermənilərin dünən Bərdəni vurması nəticəsində 4 nəfər həlak olmuşdu, 13 nəfər isə yaralanmışdı.

 

Bu gün növbəti dəfə şəhərə atılan raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-i yaralanıb.

("Qafqazinfo”)