kanal14.az
kanal14.az

Düşmənin Tərtərə atdığı mərmi evi dağıdıb-FOTO

Düşmənin Tərtərə atdığı mərmi evi dağıdıb-FOTO
26-10-2020, 17:43 61 dəfə baxılıb

Düşmənin Tərtərə atdığı mərmi evi dağıdıb-FOTO
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Ermənistan silahlı qüvvələrinjşin bölmələri Tərtər rayonu atəşə tutmaqda davam edir.

Kanal14.az məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

Oktyabrın 25-də düşmən rayonun Düyərli kənd ərazisinə ağır artilleriya atəşinə tutub. Top mərmilərindən biri kənd sakini Elməddin Abbasovun evinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Bu gün saat 15:30-da da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini növbəti dəfə toplardan atəşə tutub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub. Səhər saatlarından başlayaraq düşmən rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb.

Nəticədə kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Düşmənin Tərtərə atdığı mərmi evi dağıdıb-FOTO
Düşmənin Tərtərə atdığı mərmi evi dağıdıb-FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA