Hadisə

Ermənistan 2243 yaşayış evini yararsız vəziyyətə qoyub

Ermənistan 2243 yaşayış evini yararsız vəziyyətə qoyub
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Kanal14.az qurumun Mətbuat xidmətindən verilən məlumata əsasən bildirir ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 402, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 243-dür.