Bakının mərkəzində qadına qarşı İYRƏNC CİNAYƏT
Bakıda soyğunçuluq hadisəsi baş verib.
Kanal14.az bildirir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Mövsümova oktyabrın 13-də saat 20 radələrində S.Vurğun küçəsində bir nəfərin ona zor tətbiq edib içərisində sənəd və bank kartı olan pulqabısını aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənov müəyyən edilərək saxlanılıb.
E.Həsənov ətrafında əlavə araşdırmalar aparılır.
(Sonxeber.az)