kanal14.az
kanal14.az

Gecə ermənilərin məhv edilən texnikaları - SİYAHI

Gecə ermənilərin məhv edilən texnikaları - SİYAHI
13-10-2020, 11:40 507 dəfə baxılıb

Gecə ermənilərin məhv edilən texnikaları - SİYAHI
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Oktyabrın 12-dən 13-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

Kanal14.az bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istindən bildirir.

Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad” YARS, 1 ədəd "Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 "Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 "Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

"Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb", - məlumatda qeyd edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA