Gündəm / Cəmiyyət

Ağsaqqallar Şurası Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Ağsaqqallar Şurası Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Azərbaycan Ağsaqqallar Şurası ərazi bütövlüyümüz uğrunda mübarizə aparan rəşadətli Ordumuza dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 60 000 manat vəsait köçürüb.

Kanal14.az məlumat verir ki,bu barədə APA-ya Şuradan bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.