Gündəm / Cəmiyyət

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Kanal14.az bildirir ki, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanınəsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Sentyabrın 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabiryağış yağacağı,ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturugecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz14-18 dərəcəisti olacaq.

(Apa.az)