kanal14.az
kanal14.az

Qəbələdə şəhid general Polad Həşimovun adını daşıyan futbol klubu yaradıldı…

Qəbələdə şəhid general Polad Həşimovun adını daşıyan futbol klubu yaradıldı…
17-09-2020, 12:53 54 dəfə baxılıb

 Qəbələdə şəhid general Polad Həşimovun adını daşıyan futbol klubu yaradıldı…
Bugünlərdə Qəbələdə yeni futbol klubu yaradılıb.
 
Klub iyulun ortalarında Tovuz istiqamətində gedən döyüşlərdə həlak olan general-mayor Polad Həşimovun adını daşıyır. "Həşimov” adlandırılan komanda Qəbələdə məşqlərini davam etdirir.
 
Detalları öyrənmək üçün klub rəhbəri Cavad Şərifliyə müraciət etdik. Həm də "Qəbələ”yə könül verən "Red Black Army”nin rəhbəri olan həmsöhbətimiz bunları söylədi:
 
"Hər il Qəbələdə keçirilən ənənəvi futzal turnirində biz də öz komandamızla iştirak etmək istədik. Vəndam qəsəbəsində bir qrup futbolsevərlə birlikdə şəhid Polad Həşimovun adını daşıyan klub yaratdıq. Hərbdə hərbçilər soyadla çağrılır, ona görə biz də klubun adını "Həşimov” qoyduq. Bəzi futbolsevərlər maddi kömək etdilər, çünki komandamızın oyun geyimləri, qəsəbədən stadiona getmək üçün minik vasitələri, liqada iştirak etmək üçün vəsait və digər məsələlər üçün xərclər lazım olur. Gələcəkdə sponsor tapılsa, komandamızı böyütməyi planlaşdırırıq.
 
Vəndam qəsəbəsinin bələdiyyə sədri, qəsəbədən olan iş adamı və həkim bizə dəstək olub. Onlara minnətdarlığımızı bildiririk. Komandanın baş məşqçisi Rəvan Rəcəbovdu, kapitan isə Rasim Firidunludu. Hələ ki "Qəbələ”nin stadionlarında məşq edirik. Mən də klub rəhbəri kimi bu adın məsuliyyətini dərk edib, oyunlarda nümunəvi çıxış edərək, uğurlu nəticələr qazanacağımıza inanıram”. (football-plus.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA