Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Operativ Qərargahın sonuncu brifinqində sentyabrın 15-nə kimi növbəti yumşalmanın olacağı ilə bağlı fikirlər səsləndirildi. Eyni zamanda rayonlara gediş-gəlişin də bərpası gözlənilir. Gələn həftədən rayonlara gediş-gəliş bərpası ilə bağlı qərar verilə bilərmi?
Kanal14.az Konkret.az-a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı sualı cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, rayonlarda artıq sərt karantin rejimi yığışdırılıb:
Təbii ki, rayonlara gediş-gəlişin açılması yoluxanların artma-azalma dinamikasından asılıdır. Gündəlik yoluxanların sayı hələ ki, artma-azalma dinamikası ilə davam edir. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, rayonlara-gediş gəliş açıla bilər. Məzuniyyətlər də artıq bitir. Rayonlara gedənlərin sayı da az olacaq. Çünki insanlar daha çox məzuniyyət zamanı yay aylarında rayonlara üz tuturlar”.
Müşfiq Cəfərov fikrini belə tamamlayıb:
"Nəzərə alsaq ki, dərslər başlayır, iş yerləri fəaliyyətini bərpa edir. Bu baxımdan hesab edirəm ki, rayonlara gediş-gəliş açılsa belə ciddi narahatlıq yaratmayacaq. Təbii ki, rayonlara gediş-gəlişin açılması üçün müəyyən qaydaların hazırlanması və insanlarımızın Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etməsi vacibdir”.