Gündəm / Cəmiyyət / Sosial

Binəqədidə təmizlik işlərinin görülməsinə başlanılıb - Foto

Binəqədidə təmizlik işlərinin görülməsinə başlanılıb

Bakı şəhərində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində təmizlik işlərinin görülməsinə başlanılıb. 

Kanal14.az bildirir ki, müvafiq sərəncama əsasən, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayon ərazisində məişət tullantılarının idarə edilməsi işləri həyata keçirilir.


Belə ki, aidiyyəti qurumlar tərəfindən məişət tullantı konteynerlərinin qoyulması üçün 6 yeni meydança yaradılıb, 30-a qədər müvafiq meydançaların bərpası işi həyata keçirilib. Bununla bərabər, sakinlərin istifadəsinə verilmiş tullantılar üçün nəzərdə tutulmuş konteynerlərdə zəruri təmir bərpa işləri çərçivəsində 93 konteynerə yeni təkərlər qoyulub, tullantılar üçün nəzərdə tutulmuş 108 konteynerin rənglənməsi işləri aparılıb. 

Eyni zamanda rayon ərazisində tullantılar nəticəsində süni şəkildə yaradılmış 4 poliqon ləğv edilib, 205 tona yaxın gündəlik məişət tullantısının daşınması və zərərsizləşdirilməsi təmin edilir. Bu işlərdə vətəndaşların məsuliyyətinin artırılması məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirilir.

 

(Qafqazinfo.az)