Gündəm

İşdən çıxarılan icra başçısı Feysbukda profil açdı

İşdən çıxarılan icra başçısı Feysbukda profil açdı
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bir müddət öncə vəzifəsindən azad edilən Beyləqanın sabiq icra başçısı, professor Vaqif Abdullayev sosial şəbəkələrə gəlib. 

"Qafqazinfo” xəbər verir ki, sabiq başçının bu addımı atmasında əsas məqsəd elmi fəaliyyətini ictimaiyyətə çatdırmaqdır.

Yazdığı kitablar, Yeni Azərbaycan Partiyası (YAP), büdcə gəlirləri barədə məlumat paylaşan professor yeni büdcə zərfinin gələn il sosial, iqtisadi, investisiya sahələrinə yeni uğur rəngarəngliyi qatacağını vurğulayıb.

Qeyd edək ki, V. Abdullayev 2007-2012-ci illərdə Xızı, 2012-2018-ci illərdə isə Beyləqan Rayon İcra Hakimiyyətinə başçılıq edib. Bu ayın 5-də prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

İşdən çıxarılan icra başçısı Feysbukda profil açdı