Gündəm / Sosial

Xınalıqda sulu qar, Şahdağda qar yağıb

Xınalıqda sulu qar, Şahdağda qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Kanal14.az APA-nın məlumatına istinadən bildiri ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, avqustun 23-ü səhərədəkbəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub, yüksək dağlıq ərazilərdə, Xınalıqda sulu qar, Şahdağda qar yağıb.

Düşən yağışın miqdarı Şinçayda (Şəki)108 mm, Qəbələdə87 mm(aylıq normanın125%-i), Kişçayda (Şəki)77 m(aylıq normanın 138%-i), Qaxbaşda (Qax)72 mm, Şəkidə69 mm(aylıq normanın 123%-i), Oğuzda63 mm(aylıq normanın 109%-i), Sarıbaşda (Qax)61 mm(aylıq normanın 52%-i), Balakəndə52 mm(aylıq normanın 70%-i), İsmayıllıda49 mm(aylıq normanın 49%-i), Başdaşağılda (Şəki)38 mm, Astarada35 mm(aylıq normanın 42%-i), Göygöldə30 mm(aylıq normanın 57%-i), Zaqatalada29 mm(aylıq normanın 39%-i), Xaltanda29 mm(aylıq normanın 54%-i), Qrızda28 mm(aylıq normanın 52%-i), Daşkəsəndə25 mm(aylıq normanın 59%-i), Şamaxıda24 mm(aylıq normanın 95%-i), Çeyrançöldə22 mm(aylıq normanın 89%-i),Qudyalçayda (Qrız)21 mm(aylıq normanın 39%-i), Gədəbəydə20 mm(aylıq normanın 37%-i), Naftalanda20 mm, Bərdədə19 mm(aylıq normanın 91%-i), Gəncədə18 mm(aylıq normanın 95%-i), Tərtərdə17 mm(aylıq normanın 81%-i), Mərəzədə17 mm (aylıq normanın 98%-i), Yardımlıda17 mm(aylıq normanın 40%-i), Mingəçevirdə16 mm(aylıq normanın 77%-i), Sabirabadda15 mm(aylıq normanın 177%-i), Altıağacda15 mm(aylıq normanın 57%-i), Ağdamda14 mm(aylıq normanın 54%-i), Ağstafada12 mm(aylıq normanın 49%-i), Şəmkirdə12 mm(aylıq normanın 45%-i), Biləsuvarda12 mm(aylıq normanın 118%-i), Göyçayda11 mm(aylıq normanın 49%-i), Lerikdə11 mm, Cəfərxanda11 mm(aylıq normanın 121%-i), Beyləqanda10 mm(aylıq normanın 77%-i), Şərurda9 mm(aylıq normanın 145%-i), Qubada8 mm(aylıq normanın 24%-i), Tovuzda7.0 mm(aylıq normanın 29%-i), Zərdabda7 mm(aylıq normanın 47%-i), Qusarda7 mm, İmişlidə7 mm(aylıq normanın 80%-i), Kürdəmirdə6 mm(aylıq normanın 40%-i), Şabranda3 mm, Neftçalada2.0 mm(aylıq normanın 32%-i), Ordubadda2 mm(aylıq normanın 32%-i), Sədərəkdə (aylıq normanın 32%-i), Ağdərə (Ordubad), Salyanda2 mm, Şahbuz, Naxçıvanda1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda10 mm(aylıq normanın 164%-i), Maştağada7 mm, Sumqayıtda4 mm(aylıq normanın 52%-i) olub. Yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Balakənçay, Talaçay Zaqatala, Əyriçay Başdaşağıl, Kürmükçay İlisu, Gorançay-Ağcakənd,Dəmiraparançay Qəbələ məntəqələrindən və Kişçaydan sel keçib.

Qar örtüyünün hündürlüyü Şahdağda 5 sm olub.

Şimal-qərb küləyi arabir Neftçalada 32 m/s, Salyanda 25 m/s, Naftalanda 20 m/s, Bərdə, Naxçıvan, Şamaxı, Zaqatala, Qəbələdə 18 m/s, Mingəçevir, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 31 m/s, Çilov adasında 26 m/s, Maştağa, Qum adasında 25 m/s, Binə, Pirallahıda 23 m/s, Neft Daşlarında 22 m/s, Sumqayıtda 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.6 metrə çatıb.

Havanının temperaturu Bakıda iqlim normasından 1.7 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında25-28° isti, aran rayonlarında 28-33° isti,dağlıq rayonlarda 13-16° isti, Naxçıvan MR-da 29-33° isti olub.