kanal14.az
kanal14.az

Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi

Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi
15-08-2020, 14:53 445 dəfə baxılıb

Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi





 
 
 
 







Abşeron rayonun Xırdalan şəhəri də daxil olmaqla 15 kənd və qəsəbəsində COVİD-19 əleyhinə həyata keçirilən maarifləndirmə tədbirləri bu gün də davam etdirilib. Könüllülərdən, icra nümayəndələrdən və polis əməkdaşlarından ibarət yaradılan mobil qruplar tərəfindən gündəlik olaraq parklarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi ərazilərdə təbliğat işləri həyata keçirilir. Könüllülər Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparıb, sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd karantin qaydalarının yumuşaldılmasından sonra bəzi sakinlər arasında yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVİD-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.

Bu işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.
Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi
Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi
Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA