Gündəm / Cəmiyyət / Sosial

Koronavirusa yoluxan tanınmış həkim sağaldı

 Koronavirusa yoluxan tanınmış həkim sağaldı

Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev sağalıb.

Kanal14.az "Qafqazinfo"a istinadən xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, COVİD-19 virusuna yoluxmuş həkim Cavid Paşayev sağalıb: "O, xəstəliyi çox ağır keçirmişdi. Artıq sağalıb və bu gün evə buraxılacaq. Koronavirus xəstələrinin müalicəsinə göstərdiyi dəstəyə görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərimi bildirirəm".

 

Qeyd edək ki, Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülmüşdü.