Gündəm / Siyasət / Cəmiyyət / Şou / Hadisə / Sosial

Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib

Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib




 
 
 
 
 
 
 
 

 




 
Deputat Rüfət Quliyevə bərk toxunub ki, niyə onun Dubaydakı Amerika Universitetində oxumuş övladları barədə yazmışam. Hələ ki, sözgəlişi bir xatırlatma eləmişəm.

Niyə də yazmayım? Göydən zənbillə düşüblər?
Cənab filtermeyker deyir ki, bu yazını hansısa qurumu tənqid etməsindən 2 gün sonra yazmışam və bu təsadüf deyil, sifarişçi həmin qurumdur: "Amma sifarişçilər bilməlidir ki, mən onsuz da silahımı yerə qoyan deyiləm. Sifarişçilər bilsinlər ki, əlimdən "tapança”nı alıb, "pulemyot" verdilər”.

Aradım ki, üç gün əvvəl möhtərəm deputat TƏBİB-ə göndərdiyi məktublara cavab almadığı üçün onu tənqid edib, tənqid də demək olmaz narazılığını bildirib.
Amma yenə də söhbət Rüfət Quliyevin dediyi kimi tənqiddən, hansısa dövlət qurumundan, illah da TƏBİB-dən gedirsə, mən ona çoxlu "pulemyot gülləsi", azlıq edirsə, "artilleriya" arzulayıram, hədəfi bol olsun!
(Hələ az qalıram deyim ki, hədəfi mənə şəxsən Ramin Bayramlı, ona isə Operativ Qərargah nişan verib)))

Qaldı, həmin universitetlə bağlı yazdıqlarıma, bəli  o üniversitetdə illik təhsil haqql 85 min dirhəmdən (24 min dollar) başlayır
4 illik təhsil haqqı 96-100 min dollar edir, iki övladı üçün ən azı 192 min dollar deməkdir, həmin müddət ərzində kirayə və yemək xərclərini üstə gələndə hələ çox insaflı rəqəm demişəm. 

Amma Rüfət Quliyevin iddia etdiyi kimi Dubaydakı o təhsil ocağı ABŞ universiteti deyil, bizim Bakıdakı keçmiş San-Marino universiteti kimi bir şeydir. Yəni Rüfət Quliyevin dediyi kimi onu Bill Klinton yox, Dubay şeyxi Sheikh Mohammed Bin Rashid Al Maktoumun dəstəyilə Atlanta Universitetinin ərəb əsilli əməkdaşı Elias Bou Saab təsis edib.

İndi deputat ABŞ universiteti deməklə, guya bununla onun reytinqi 4064-cü yerdən 14-cü yerə gələcəkmiş.

Deyir, övladları15 il əvvəl məzun  olublar, Allah qoysa, vətənə qayıdıb burada işləyəcəklər. 
Allah qoysa, III, IV  V və VI çağırış deputat olmuş Rüfət Quliyevin Milli Məclisdə "prapiska" olduğu kreslo boşalanda? - Bu sözləri jurnalist Cavanşir Həsənli qeyd edib.