Gündəm / Cəmiyyət / Sosial

Mobil qruplar Abşeronda təbliğat aparır

Mobil qruplar Abşeronda təbliğat aparır





 
 
 
 




Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla 15 kənd və qəsəbəsində könüllülərdən, icra nümayəndələrdən və polis əməkdaşlarından ibarət mobil qruplar yaradılıb. Bu mobil qruplar tərəfindən gündəlik olaraq parklarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi ərazilərdə təbliğat işləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə işləri aparılır. Əməkdaşlar sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd karantin qaydalarının yumuşaldılmasından sonra bəzi sakinlər arasında yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVİD-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.

Bu işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.
Mobil qruplar Abşeronda təbliğat aparır