Gündəm / Cəmiyyət / Hadisə / Sosial

"Su hara gedir, niyə itir" sualının cavabı-Foto

"Su hara gedir, niyə itir" sualının cavabı-Foto











 
 
 
 


DogruXeber.az xəbər verir ki,bu haqda araşdırmaçı jurnalist yazıb.

Azərsu sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynli Füzuli rayonunun Haramı ərazisində
2700 hektar ərazini ələ keçirib. 20 ildən bəri o torpaqlar üzərində sahiblik hüququ olan sahibkarların səslərini eşidən belə olmayıb, icra başçısı həmin əraziləri öz marağından və kefindən o adamların əlindən alıb Natural Aqro MMC-yə verib. Heç kimdən və heç nədən qorxmayan Qorxmaz əfəndi "Azərsu"nun resurslarını oğlunun təsərrüfatlarında bütün gərəkli infrastrukturları yaratmağa səfərbər edib, yeraltı su boruları çəkdirib, müasir pivot suvarma sistemi quraşdırıb, nasosxana və hidratlar qurdurub, Yuxarı Mil kanalının suyunu Haramı düzünə - oğlunun əkin sahələrinə və badam bağlarına yönəldib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:
"Su hara gedir, niyə itir" sualının cavabı-Foto
"Su hara gedir, niyə itir" sualının cavabı-Foto