Gündəm / Cəmiyyət / Sosial

AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR

AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR


 

 
 
 
 
 
 
 



Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti onlayn iclası keçirilmişdir.
İclasın əvvəlində Qərbi Azərbaycan İcmasının Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Gözəldərə kənd icmasının dünyadan vaxtsız köçmüş sədri Mehrab Nəzərəliyevin xatirəsi yad edilmişdir.
Daha sonra iclası giriş sözü iə açan millət vəkili Əziz Ələkbərli son həftə ərzinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, ölkədə və xaricdə gedən proseslər, xaricdə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışan Azərbaycan diasporunun nümayəndələrinə qarşı erməni terror təşkilatlarından dəstək alan erməni diaspor nümayəndələrinin vəhşi hərəkətləri barədə ətraflı məlumat vermişdir.
Müzakirələrdə xaricdə və ölkə daxilində Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı düşmən mövqedə dayanıb, ermənilərlə eyni cəbhədən çıxış edən Sevinc Osmanlı, Əli Kərimli, Cəmil Həsənli, Vidadi İsgəndərli kimi Vətən xainlərinin əməlləri kəskin pislənmiş, keçmiş Milli Məclis sədri Rəsul Quliyevin erməniyə torpaq güzəşti ilə bağlı çıxışı milli xəyanət kimi dəyərləndirilmişdir.
Məsələ ilə bağlı çıxışlar dinlənilmiş, cənab Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyi və bu siyasətin Azərbaycanı indiki gərgin vəziyyətdən tam qələbə ilə çıxaracağına heç kəsdə şübhə olmadığı dönə-dönə vurğulanmışdır.
İclasda müzakirə olunan məsələ ilə bağlı AQC və QAİ-nin müvafiq Bəyanat verməsi qərara alınmışdır.
Sonra iclasın gündəliyindəki digər məsələlər müzakirə olunmuş, QAİ-nin həyata keçirdiyi layihələrin gedişi barədə İdarə Heyətinin üzvləri Əbdüləli Həsənov, Polad Poladov, Binnət Əsgər məlumat vermiş, müzakirələrdə sədr müavini Fəqan Avtandiloğlu, Qərbi Azərbaycan üzrə tanınmış alim, professor İbrahim Bayramov, Bəxtiyar Abdullayev, Bəxşeyiş Ələmşahov, Ələsgər Məmmədov, Azər Novruzov, Namiq Muradov çıxış etmişlər.
Sonra sədr müavini Mirfaiq Mirheydərli QAİ Gənclər təşkilatının formalaşması prosesi ilə bağlı məlumat vermişdir.

AQC və QAİ-nin Mətbuat Xidməti.
(Yenigundem.az)
AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR
AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR
AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR