Gündəm / Cəmiyyət / Sosial

Azərbaycanlı həkimdən möhtəşəm addım.

 Azərbaycanlı həkimdən möhtəşəm addım.





 
 
 
 





Kimdir o?
Mustafazadə Anar Vidadi oğlu.
O, 1984 cü ildə Qəbələ rayonunda doğulub boya-başa çatıb. 11 illik məktəb təhsilini də Qəbələ rayonunda alıb.
Ən böyük arzusu həkim olmaq olub. Həkimlik peşəsinə olan istək və maraq onu Tibb universitetinə apardı.
Yiyələndiyi peşənin bütün sirlərini öyrəndi. Diş həkimi kimi 14 ildi peşəsinə və pasiyentlərinə xidmət edir.
Ölkədə baş verən hadisələri, Qarabağ uğrunda gedən döyüşləri heç vaxt nəzərdən qaçırmır. İgid oğulların vətən yolunda şəhid olması Anar həkimi də sarsıdır.
O, qarşısına belə bir məqsəd qoyub, əgər oğullar vətən yolunda şəhid olursa, şəhid ailələrinə xidmət etmək də mənim borcumdur.
Bəli, Anar həkim bu gündən şəhid ailələrinə tam təmənnasız xidmət edəcək.
Anar həkimlə söhbət zamanı onun necə sadəlövh, təvazökar və vətənpərvər olduğunu görə bildim.
Hər bir Azərbaycan vətəndaşının borcudur ki, Şəhid ailələrinə hörmət etsin, onların qayğısına qalsın.