Gündəm / Cəmiyyət / Sosial

Nazirlik 500 evin tikintisi üçün bu şirkətə 34,5 milyon manat ödəyib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 34 şəhər və rayonda (Ağcabədi, Ağdaş, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala, Qax, Qazax, Qobustan, Qusar) 500 fərdi evin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Kanal14.az Yeniavaz.com-a istinadla xəbər verir ki, vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Avalon-12" QSC-dir.
Qalib şirkətə 34 539,6 min manat ödəniləcək.