Gündəm / Cəmiyyət / Sosial / Foto

Şəhid general mayorumuz Polad Həşimov orduda qulluq etdiyi müddətdə onunla bağlı çox xatirələr , maraqlı faktlar vardır

Şəhid general mayorumuz Polad Həşimov orduda qulluq etdiyi müddətdə onunla bağlı çox xatirələr , maraqlı faktlar vardır

 Xeberekspress.az. Uzun müddət müxtəlif hərbi hissələrdə komandir işlədiyi dövrdə əskər və zabitlərin döyüş hazırlığının yüksəldilməsində şəhid generalın böyük xidmətləri vardır . Onun təltif etdiyi əskər və zabitlər də biz jurnalistlər üçün maraq doğurur . Son günlərdə əfsanəvi general Polad Həşimovla bağlı hərə özünün xatirələrini bölüşür . Biz də jurnalist araşdırmaları ilə vaxtilə mərhum generalın Daşkəsəndə dağlıq bölgədə komandiri olduğu hərbi hissədə fəal cəsur əskəri olmuş və şəxsən fəxri fərmanla təltif etdiyi Əsgərli Orxan Zakir oğlunu müəyyən etdik . 1988 - ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu , Nehrəm kəndində anadan olmuş Əsgərli Orxan Zakir oğlu 2009 - cu ildə ali təhsilini bitirdikdən sonra 01.07.2009 - cu ildən 01.07.2010 - cu il tarixədək Daşkəsən rayonunda mərhum Polad Həşimovun komandiri olduğu dağlıq cəbhə bölgəsində hərbi hissədə xidmətdə olmuşdur . Baş kəşfiyyatçı , atici qumbaraatan kimi fəal əskər olmuş , əfsanəvi peşəkar , təcrübəli komandirin rəğbətini qazanmışdır . Hərbi qulluqçu Orxan Əsgərli döyüş və ictimai - siyasi hazırlığında , qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə görə 26 iyun Silahlı qüvvələr günü münasibəti ilə 26 iyun 2010 - cu il tarixdə hərbi hissə komandiri , polkovnik - leytenant Polad Haşimovun tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur . Bizdə olan məlumata görə sabiq cəsur əskar Orxan Zakir oğlu Əsgərli bu gün iso hüquq mühafizə orqanı olan prokurorluqda dövlət xidmətini ləyaqətlə davam etdirir . Biz Orxan Əsgərliyə şərəfli peşə fəaliyyetində uğurlar arzulayırıq . Allah mərhum general Polad Həşimova rəhmət eləsin , ruhu şad olsun .