Gündəm / Cəmiyyət / Sosial

Karantin rejimi uzadılsa, Bakı metrosu açılacaq? - Rəsmi cavab

Karantin rejimi uzadılsa, Bakı metrosu açılacaq? - Rəsmi cavab
Azərbaycan Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılacağı ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.

Vətəndaşları daha çox düşündürən isə sərt karantin günlərində "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin bərpa olunub-olunmayacağıdır.

 

Kanal14.az BiG.AZ-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

"Amma Bakı metrosu sərişinlərə xidmət üçün hər an hazırdır. Metropoliten 20 iyul səhər saat 6:00-da xidmət üçün hazırdır. Amma qərar necə olacaq, sərt karantin rejimi uzadılacaqmı, detallar necə olacaq, metro ilə bağlı hansı qərar veriləcək, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunacaq".