kanal14.az
kanal14.az

İyulun 5-də bu icazələr ləğv olunacaq - Ülvi Mehdiyev

İyulun 5-də bu icazələr ləğv olunacaq - Ülvi Mehdiyev
3-07-2020, 17:53 190 dəfə baxılıb

Elektron icazə sistemindən 2 həftəlik karantin müddətində 700 minə yaxın icazə alınıb.

Kanal14.az bildirir ki,bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Aparılan tədqiqatlar göstərir ki, bəzi şirkətlər bu icazədən sui-istifadə ediblər. Əməkdaşlar icazədən təyinatına görə istifadə etməyiblər. Bu səbəblə şirkətlərə xəbərdarlıq olunub".

O bildirib ki, hər bir təşkilat yalnız işə çıxan əməkdaşları üçün icazə almalıdır: "5 iyula qədər alınan icazələr ləğv olunacaq və hər bir təşkilat yenidən icazə almalıdır. Əks halda təşkilatla bağlı müvafiq qərarlar veriləcək.

İş günü olmadığı halda, həftə sonları vətəndaş ona verilən icazədən istifadə edə bilməz və yalnız SMS icazə almalıdır".

Ülvi Mehdiyev əlavə edib ki, əgər hansısa şirkət icazə ala bilmirsə və hesab edirsə ki, onun icazəsi zəruridir, bu barədə İqtisadiyyat Nazirliyinə müraciət edib, işinin zəruriliyini izah etməlidir.

(Teleqraf.com)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA