Gündəm / Cəmiyyət

Həftə içi sərt karantin rejimi tətbiq edilə bilərmi? - AÇIQLAMA

Həftə içi sərt karantin rejimi tətbiq edilə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qeyd edək ki, 2 həftədir ki, istirahət günləri və bayram günü insanların çölə çıxmasına qadağa qoyulub. Əgər iki günlük sərt karantin rejimi nəticə verməsə, həftə içi də insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

 

Kanal14.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, son günlər koronavirusa yoluxanların sayı 350-dən çox olduğuna görə Nazirlər Kabindeti yanında Operativ Qərərgah tərəfindən həftə sonları və bayram günləri insanların çölə çıxmasına qadağa qoyulub.

"Operativ Qərargahın və dövlətimiz tərəfindən atılan bu addımların hər birinin məqsədi vətəndaşlarımızın sağlamlığını qorumaqdır. Təəssüf ki, hələ də vəziyyətin və bu xəstəliyin nə qədər ciddi olduğunu dərk etməyən vətəndaşlarımız var. Onlar Operativ Qərargahın qoyduğu qaydalara və etdiyi tövsiyyələrə əməl etmirlər. Bəzi insanlarımız məsuliyyətsiz davranışları ilə özlərini, yaxınlarını eləcə də bütün cəmiyyəti təhlükə altına atmış olurlar. Bəzi insanların qoyulan qaydalara əməl etməməsi nəticəsində artıq ölkə ərazisində gün ərzində koronavirusa yoluxanların sayı 350-dən yuxarı olur.Təəssüf ki, hələ də bu xəstəliyi oyun və siyasi şou adlandıranlar da var. Ümid edirəm ki, o insanlar özü və yaxınları bu xəstəliyə yoluxmadan vəziyyətin ciddiliyini dərk edib, sosial məsuliyyətini dərk edəcəklər. Bu gün bu virusun ölkə ərazisində yayılmaması üçün dövlətimiz tərəfindən bütün operativ addımlar atılmaqdadır. Tibb işçiləri, polislər və əsgərlərimiz gecə-gündüz insanlarımızın sağlamlığının keşiyindədir. İnsanların məsuliyyətsizliyi, qoruycu tibbi maskadan istifadə etmədən çölə çıxması və sosial məsafəni qorumamağı həm də onların zəhmətini hədər edir. Qaldı ki, şənbə və bazar günləri ilə yanaşı həftə içi də sərt karantin rejiminin elan edilməsi qərarı bilirsiniz ki, Operativ Qərargah verə bilər. Operativ Qərargah gündəlik koronavirusa yoluxanların, sağalanların, ölənlərin və dünyadakı vəziyyəti analiz edərık ona uyğun qərarlar qəbul edir. Ümid edək ki, yoluxanların sayı azalsın və bu qərarı verməyə ehtiyac qalmasın. Təbii ki, hər şey insanlarımızın nə dərəcə sosial məsuliyyətini dərk edib, qoyulan qaydalara əməl etməsindən asılıdır. Bütün vətəndaşlarımızı dövlətin və Operativ Qərargahın qoyduğu qaydalara əməl etməyə səsləyirəm .Unutmaq lazım deyil ki, qoruyucu tibbi maskadan istifadə edərək, sanitar-gigyenik qaydalara əməl edərək tək özümüzü deyil, yaxınlarımızı və bütün Azərbaycan cəmiyyətini qorumuş oluruq. Biz bu bəladan tezliklə canımızı qurtarıb, normal həyata qayıtmaq üçün dövlətin bu istiqamətdə atdığı addımlara sosial məsuliyyətimizi dərk edərək dəstək olmalıyıq".