Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

Qobupark yaşayış massivində asılı vəziyyətdə qalmış ustanın həyatı...Dəhşətli anlar-VİDEO

Qobupark yaşayış massivində asılı vəziyyətdə qalmış ustanın həyatı...Dəhşətli anlar-VİDEO



 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 






Dogruxeber.az xəbər verir ki, dünən  nahardan sonra saat 3-4 radələrində Qobupark Yaşayış Kompleksinin 15-ci binasının çöl üzlük daşlarının bərkidilməsi zamanı, "Kristal-Abşeron"un işçisi, Şirvan şəhər sakini Asif adlı fəhlə fəlakətlə üzləşib. Belə ki, 8-ci mərtəbədə təmir apararkən, fəhlənin ayaqaltısı qəflətən aşağı yuvarlanıb və Asif belinə bağlanmış kəndirdən asılı vəziyyətdə qalıb. Onun fəryadını eşidən sakinlər "Kristal-Abşeron"un Qobupark-3-də çalışan baş mühəndisi Eldara zəng etsələr də, ölümlə çarpışan fəhləyə vaxtında yardım edilməyib. Buna baxmayaraq sakinlər Asifi xilas edə biliblər. Hadisə yerinə birinci çatan Qobupark Mənzil İstismar Sahəsinin mühəndisi Novruz Xudiyev, Cəbrayıl RPŞ-nin məzuniyyətdə olan polis əməkdaşı Bayram Xudiyev, ADPU-nin informatika üzrə mütəxəssis-müəllimi Elxan İsgəndərov və sakin İzzət Məmmədov Asifi çətinliklə real ölüm təhlükəsindən xilas ediblər...
Həmin anları izləyicilərə təqdim edirik: