Gündəm / Cəmiyyət

Yasamalda həbs olunanlarla bağlı YENİ XƏBƏR

"İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb".

Bu sözləri Lent.az -a Bakı şəhər Baş Polis İdarəsini Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O qeyd edib ki, iddialar həqiqəti əks etdirmir: "O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.