Gündəm / Hadisə

Sabiq MTN polkovniki ilə cinayət əlaqəsinə girməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti və prokurorun protesti üzrə məhkəmə prosesi başa çatıb.


 

kanal14.az APA-ya intinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

 

Qərara əsasən, Vüqar Əsədov məhkəmə zalında həbs edilib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 

 

Digər şəxslər barəsində hökm isə dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Güləliyev 8 il, Ceyhun İbayev 6 il 6 ay, Vüqar Əsədov 6 il 6 ay, Nicat Əliyev 6 il 6 ay və Anar İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Ceyhun İbayev məhkəmə zalında həbs edilib. Ev dustaqlığında olan Vüqar Əsədov və Anar İsmayılovun barəsində şərti cəza seçilib.

 

Xatırladaq ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

 

İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 

V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.