Gündəm / Cəmiyyət

Karantin rejimi dekabr ayına qədər uzadılır? - AÇIQLAMA

Karantin rejimi dekabr ayına qədər uzadılır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi dünən ölkə ərazisində 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Rayonlarda karantin rejim ləğv olunduğuna görə insanların bölgələrə axını artıb. Nəticədə də bölgələrdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Məhz ona görə karantin rejimin dekabr ayına kimi uzadıla biləcəyi ilə bağlı iddialar var. Karantin rejimin dekabr ayına kimi uzadıla bilərmi?
 

Kanal14.az bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat deputat Sevinc Hüseynova bildirib ki, bununla bağlı qərarları mövcud vəziyyəti analiz edərək Operativ Qərargah verir:

"Bilirsiniz ki, koronavirusun hələ də dərmanı tapılmayıb. Ona görə də hər bir insan bu məsələdə öz məsuliyyətini dərk edib, qoyulan qaydalara riyaət etməlidir. Aparılan qabaqlayıcı tədbirlər sayəsində ölkə ərazisində koronavirusa yoluxanların sayı minimuma enmişdi. Təəssüf ki, bu insanlarda arxayınlıq hissi yaratdı. Karantin rejimində tədbiq edilən yumşalmalardan sonra insanlarımız bu xəstəlik yoxmuş kimi davranmağa başladı. Vətəndaşlarımız qoruyucu tibbi maskalardan istifadə etmədən, sosial məsafəni qorumadan çölə axışdılar. Nəticədə də ölkə ərazisində koronavirusa yoluxanların sayı 300-ü keçdi. Nəticədə də karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərarlar verildi. Hətta insanların şənbə-bazar günləri çölə çıxmasına qadağa qoyuldu. Anlayıram, hava isti olduğuna görə maska ilə gəzmək çətindir. Amma özümüzün və yaxınlarımızın sağlamlığı üçün bir qoruyucu tibbi maskalardan istifadə etməli, sosial məsafəni qorumalı və sanitan gigyenik qaydaları gözləməliyik. Ancaq bu yola biz bu virusa qalib gələ bilərik. Qaldı karantin rejimin dekabr ayına kimi uzadılması məsələsinə, bu cür qərarların verilməsi Operativ Qərargahın səlahiyyətindədir. Onlar günlük yoluxmanın artma-azalma dinamikasını və dünyadakı mövcud vəziyyəti analiz etdikdən sonra doğru qərarı verəcəkdir. Hələlik karantin rejimin nə zamana kimi davam edəcəyi ilə bağlı hər hansı fikir səsləndirmək doğru olmaz. Hər şey insanlarımızın məsuliyyətli olmasından və qoyulan qaydalara əməl etməsindən asılı olacaq".