Gündəm / Dünya

Corc Floydla vida mərasimi keçirildi

ABŞ-da polis zorakılığı nəticəsində həlak olmuş afroamerikalı Corc Floydla vida mərasimi keçirilib.

Kanal14.az Virtualaz.org-a istinadən bildirir ki, dəfn mərasimi "ABC News” telekanalı ilə canlı yayımlanıb.

Vida mərasimində çıxış edən qaradərililərin hüquqları uğrunda mübarizə aparan keşiş, ictimai və siyasi fəal El Şarpton bildirib ki, Corc Floydun taleyi Birləşmiş Ştatlarda afroamerikalıların universal təcrübəsini simvolizə edir.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əsginaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.