Gündəm / Cəmiyyət / Sosial

DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto

DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto










 
 
 
 
 









Bu gün dövlətin daxili sabitliyinin qorunması üçün polis peşəsinin nə qədər məsuliyyətli və ağır peşə olduğu hər kəsə yaxşı məlumdur. Əlbəttə ki,bu peşə məsuliyyətli və ağır peşə olmağı ilə yanaşı,həm də çox şərəfli bir peşədir. Düşünməyin ki,biz bu sahəyə boyük üstünlük verib digər sahələrin işlərini yüngül sahə hesab edirik. Əsla,əslində biz hər birimiz yaxşı bilirik ki,bütün sahələrin özünə məxsus məsuliyyəti və çətinlikləri var. Dəyərli "Dogruxeber.az” informasiya agentliyininin izləyiciləri. Siz yaxşı bilirsiniz ki,biz hər zaman dünyada və ölkədə baş vermiş hadisələrin ən doğru olanlarına üstünlük verərək bir-birindən maraqlı,aktual və əsaslı xəbərləri sizlərin diqqətinə çatdırırıq.
Məhz bu gün də sizlərin diqqətinə çatdıracağımız məlumat maraqlı və təsirli xəbərlərdən biridir. Əməkdaşımız Seymur Əliyevin əldə etdiyi məlumata görə Abşeron rayon Masazır qəsəbəsi ərazisində gənc bir ailə özlərinə məxsus avtomobil ilə hərəkət edərkən qəfil yol kənarında saxlayıblar.
DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto








 
 
 
 
 











 Məlum olub ki, ailənin azyaşlı övladı anidən sudurğa keçirib. Ailə başçısı dərhal təcili tibbi yardım xidmətinə məlumat verərək maşının gəlməsini gözləyib. Bu zaman ərazidə xidmət aparan DYPX-nin əməkdaşı Xaliq Cabbarov ailəyə yaxınlaşaraq nə baş verdiyini öyrənib. DYPX-nin əməkdaşı Xaliq Cabbarov azyaşlı uşağın vəziyyətinin ağır olduğunu görüncə dərhal idarə etdiyi xidməti avtomobili ilə uşağı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırıb. Həkimlərin bildirdiyinə görə,xəstə vaxtında çatdırıldığı üçün azyaşlı uşağın həyatını qurtarmaq mümkün olub. Uşağın atasının əmkədaşımıza verdiyi məlumatda bildirir ki, DYPX-nin əməkdaşı Xaliq Cabbarovun səyi nəticəsində övladının həyatı xilas olmuşdur.
Əlbəttəki,bu cür şücaətə və  yüksək xidmətə görə DYPX-nin əməkdaşı Xaliq Cabbarovu təbrik edirik. Hesab edirik ki,polis əməkdaşı Xaliq Cabbarovun etdiyi bu cür qəhrəmanlıq,azyaşlı uşağın valideyinlərinin yaddaşında,unudulmaz məhəbbət olaraq qalacaq. 
"Dogruxeber.az”
DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto