Gündəm / Cəmiyyət

Bakı metropoliteni daha 4 müasir qatar alıb

Rusiyanın "Metrovaqonmaş” şirkəti Azərbaycana daha 4 metro qatarı göndərəcək.

Kanal14.az xəbər verir ki, bu barədə "Metrovaqonmaş” holdinqinin mətbuat xidməti məlumat verib.

81-765.4Б/766.4Б seriyalı 60 metro vaqonunun satışı barədə müqavilə 2019-cu ilin oktyabrında "Metrovaqonmaş” və "Bakı Metropoliteni” arasında imzalanıb. 2020-2023-cü illər ərzində 60 vaqondan ibarət 12 qatar Bakıya gətiriləcək.

Yeni qatarların baş vaqonunda fiziki məhdudiyyəti olanlar, uşaq arabası və velosiped saxlamaq üçün yerlər var. Bundan başqa, vaqonların giriş qapısının enli olması sərnişinlərin düşüb-minməsini tezləşdirəcək.

Bakı Metropoliteni 1967-ci ildən "Metrovaqonmaş” şirkətindən 300 qatar vaqonu alıb. "Metrovaqonmaş” Moskva vilayətinin Mtışi şəhərində yerləşir.

(Turkustan.info)