Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar

 
Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar








 
 
 
 


Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn barəsində şikayət xarakterli məlumatlar daxil olmaqdadır.

Xeberekspress.az-a daxil olan məlumatlarda, xəstəxananın baş həkimi Emin Hüseynin qanunazidd əməlləri, aldığı qeyri qanuni pullar və müraciət edən xəstələrin taleyi ilə oynayacaq addımlar atması yer almışdır.

Bu dəfəki xəbərimizdə isə müsahiblərimiz, baş həkim Emin Hüseynin onlardan rüşvət tələb etməsi, xəstəxanaya müraciət edən xəstələrin taleyi ilə oynayaraq onlara fiziki və mənəvi ziyan vurması, dövlətə məxsus xəstəxananın bərpa işləri zamanı əvəzlənən tikinti materiallarını mənimsəyərək özünə məxsus yerlərdə depolaması haqqında məlumatlar veriblər.

Lətifov İmamxanın iddisına görə, Qobustan Rayon Mərkəzi Xəstəxanasının bərpası zamanı yeniləri ilə əvəzlənən tikinti materialları baş həkim tərəfindən mənimsənib.

İddialarda o da qeyd olunur ki, xəstəxanaya aid olan təcili-tibbi yardım maşınları fərdi şəxslərə icarəyə verilir.

Lətifov İmamxan bildirib ki, xəstəxanada inventara gedən tikinti avadanlıqları ona aid olan şəxsi nəqliyyat vasitəsi ilə baş həkim Emin Hüseynin Novxanı qəsəbəsində yerləşən evinə aparılıb.

Qobustan rayon sakini Atakişiyeva Sənubər sözügedən xəstəxanada övladına səhf diaqnoz qoyulduğu üçün sonradan onun vəziyyətinin ağırlaşdığından, daha sonradan səhf müalicə apararaq 19 yaşlarında olan gəncin, gələcəyin əsgərinin taleyi ilə oynadığından və sonda isə əlilliyinə səbəb olduğu gəncin əlillik təqaüdü alması üçün 1500 manat rüşvət istəməsi haqqında məlumatlar verib.

Vətəndaşlara edilən haqsızlıqlar, vurulan maaddi, mənəvi ziyanının qarşılığı olaraq həmin şəxs və onun dəstəkçiləri öz laiqli cəzalarını tapmayıblar. 

Ancaq bizim və şikayətçi olan şəxslərin ölkə Prezidenti Cənab İlham Əliyevə, onun yürütdüyü siyasətə və təyin etdiyi yüksək vəzifəli şəxslərə etimadımız tamdır və inanırıq ki, vətəndaşlara hər formada zülm edən, onların və dövlətimizin pulunu mənimsəyən şəxs tezliklə qanun qarşısında cavab verəcək, layiqli cəzasını tapacaqdır.

Onu da nəzərinizə çatdıraq ki, xəstəxanada gəzən şaiyələrə görə, baş həkim Emin Hüseyn işçilər arasında qürurlanaraq Xeberekspress.az-ın rəhbərini Qobustan rayon ərazisinə girişini məhdudlaşdıracağını və buna dair müvafiq qurumlara göstəriş verdiyini bildirib.

Baş həkim Emin Hüseynin kollektiv arasında paposlu çıxışı bu anlama gəlir ki, o rayonda söz sahibidir və hər hansısa quruma öz istəklərini tətbiq etditə bilir.

Növbəti buraxılışımızda baş həkim Emin Hüseyn və onun yaxınları tərəfindən şəhid ailəsinə qarşı olunan haqsızlıqları və onun sahib olduğu mülkləri ilə bağlı məlumatları diqqətinizə çatdıracağıq.