Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Ağdaş rayon İcra hakimiyyətində baş məsləhətçinin bələdiyyə sədri işləmiş qardaşı nə üstə döyüldü?-Foto

Ağdaş rayon İcra hakimiyyətində baş məsləhətçinin bələdiyyə sədri işləmiş qardaşı nə üstə döyüldü?-Foto

Ötən gün Ağdaşın Ləki kəndində qonşular arasında dava baş verib. Belə ki, "DogruXeber.az”ın redaksiyasına daxil olan məlumatlarda bildirilir ki,on beş il kənd Bələdiyyə sədri işləyən Həsənov Vacib Həsən oğlu,gecə radələrində başına parça maska keçirərək,qonşuluğunda yaşayan və həyat yoldaşının Rusiya federasiyasında olduğu bildirilən xanımın evinə girərkən xanımın yaxınları tərəfindən ələ keçirilərək döyülüb. Məlumatlarda bildirilir ki,uzun müddət imiş ki, V.Həsənov tərəfindən xanıma qarşı qeyri-normal təkliflər olunurmuş. Baş verənlərdən narahatlıq keçirən xanım məsələ ilə bağlı öz yaxınlarına məlumat bildirib. Xanımın yaxınları hadisə zamanı xanımın evində olublar. Bunlardan məlumatsız olan V.Həsənov xanımın həyətinə keçdikdə fərqli mənzərə ilə qarşılaşıb. Necə deyərlər: "çoxbilmiş quş dimdiyindən tələyə düşər”.  
Diqqətinizə çatdıraq ki,Vacib Həsənovun qardaşı Qalib Həsənov rayon İcra hakimiyyətində baş məsləhətçi işləyir.
 P.S. Redaksiyamız tərəfindən Ağdaş rayon İcra hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Qalib Həsənovla telefon əlaqəsi saxlanıldı. Baş verən hadisəyə münasibət bildirən baş məsləhətçi Qalib Həsənov olanaları təsdiq edərək bildirdi ki,”hazırda qardaşım V.Həsənov xəstəxanaya yerləşdirilib və məsələ Prokurorluq tərəfindən araşdırılır”. 
Söz haqları olduqları üçün məsələyə aid olan şəxslərin mövqeyini dərc etməyə hazırıq..