Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Qobustan rayonunda dövlət müəssəsinin daxilində nələr baş verir: İlginc gəlişmə

Qobustan rayonunda dövlət müəssəsinin daxilində nələr baş verir: İlginc gəlişmə




 
 

Son günlər DTX-nin ölkə ərazisində keçirdiyi uğurlu əməliyyatlar nəticəsində bir sıra yüksək ranqlı məmurların həbs olunması və digərləri barəsində isə ciddi araşdırmalar aparılması tədbirləri davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən göstərişə əsasən,bütün dövlət qurumlarında aparılan kadr islahatları,cəmiyyətdə sadə vətədaşların sevincinə səbəb olmuşdur.
Məhz elə bu səbəbdəndir ki,müəssisə,idarə və təşkilatlarda hüquqları kobud şəkildə pozularaq işdən çıxarılan vətəndaşlar özlərində cəsarət taparaq çalışdıqları müəssisə rəhbərləri tərəfindən pozulmuş hüquqlarını bərpa etmək üçün mübarizəyə qalxıblar.
Bu gün "DogruXeber.az”  informasiya agentliyinin redaksiyasına Qobustan rayonunda hələki adını açıqlamadığımız dövlət müəssəsində müəssisənin rəhbərinin qanuna zidd əməlləri,ciddi maliyyə pozuntusu və müəssisə rəhbərinin işçi kollektivinə qarşı aqresiv və ədəbsiz davranışlarına dair video,audio və foto materiallar daxil olmuşdur. Məsələyə dair agentliyimiz obyektiv araşdırmalara başlayıb. Qısa müddət ərzində sözügedən müəssisədə baş verən dəhşətli hadisələr barədə geniş məlumatları diqqətinizə çatdıracağıq.
Bir məlumatı da diqqətinizə çatdıraq ki, məsələ ilə bağlı ilk olaraq Qobustan rayon İH-i ilə telefon əlaqəsi saxladıq…
Bizi izləyin..!