kanal14.az
kanal14.az

"Victoria’s Secret" mağazalarını bağlayır

22-05-2020, 13:46 46 dəfə baxılıb

Dünyaca məşhur alt geyimi brendi "Victoria’s Secret" bir neçə mağazasını bağlamaq qərarı verib.

 

Kanal14.az xarici KİV-ə istinadən bildirir ki, şirkət rəsmiləri növbəti bir neçə ay ərzində Kanada və ABŞ-dakı mağazalarının dörddə birini bağlayacağını açıqlayıb.

Şirkətin sahibi olan "L Brands" (LB) bildirib ki, koronavirus infeksiyası onların biznesinə də təsirsiz ötüşməyib. Maliyyə işləri ilə məşğul olan Stüart Burqdorfer açıqlamasında mağazaların bağlanmasının brendin yox olması deyil, "Victoria's Secret"in güclənməsinə kömək edəcəyini söyləyib.

Vurğulanıb ki, yaxın günlərdə Şimali Amerikada 53 mağaza bağlanacaq. Buna səbəb satışın 7 faiz aşağı düşməsidir. Hətta brendin ötən ilin noyabrında baş tutan dəfiləsi də reytinq toplaya bilmədi.

Qeyd edək ki, "Victoria’s Secret" 2018-ci ildə də 30 butikini bağlamışdı.(Axsam.az)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA