Gündəm / Səhiyyə

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər vəfat edib

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər vəfat edib

"Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb".

Kanal14.az bildirir ki, APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayev deyib. 

Y. Qarayeva bildirib ki, bu gün 1 nəfər vəfat edib: "İndiyə qədər 3387 nəfər koronavirusa yoluxub, 2055 nəfər sağalıb, 1333 nəfərin müalicəsi davam edir”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, indiyədək 235 910 test aparılıb.

Onun sözlərinə görə, Azərbaycanda son həftədə, 11 may-17 may tarixlərində koronavirusa 755 yoluxma halı qeydə alınıb. Y. Qarayeva deyib ki, indiyə qədər belə göstərici olmayıb: "Bu, sosial məsuliyyətsizliklə bağlıdır”.