Gündəm / Cəmiyyət

Bu ölkədə bütün koronavirus xəstələri sağaldı

Bu ölkədə bütün koronavirus xəstələri sağaldı

Kambocada koronavirusa yoluxan bütün xəstələr müalicə olunaraq sağalıb.

Kanal14.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, bu barədə Kambocanın Səhiyyə Nazirliyinin internet saytında məlumat verilib. Açıqlamada qeyd olunub ki, bu gün sonuncu pasiyent xəstəlikdən sağalaraq evinə buraxılıb:"Pandemiyanın başlamasından bu günə qədər koronavirusa yoluxma faktı aşkarlanan və xəstəxanalarda müalicə alan 122 pasiyentdən 122-si də tam sağalaraq evinə buraxılıb".

 

Ölkədə koronavirusdan bu günə qədər heç bir ölüm faktı qeydə alınmayıb.