Gündəm / Dünya

Bu Türk ölkəsi koronavirusa qalib gəldi – Yoluxma və ölüm SIFIR (Foto)

 

Dünyanı cənginə almış koronavirus epidemiyası bir Türk ölkəsində təsir gücünü itirib.

Kanal14.az Turkustan.info-a istinadən xəbər verir ki, dünəndən etibarən Quzey Kıbrıs Türk Cümhuriyyətində koronavirusun bütün göstəriciləri sıfıra enib. Artıq 10-gündən çoxdur, yoluxma qeydə alınmır. Yoluxmuş sonuncu xəstə isə dünən xəstəxanadan evə buraxıldı.

İndiyədək Quzey Kıbrısda 108 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 104-ü sağalıb, 4 nəfər isə həyattını itirib. Ümumilikdə 25057 adam üzərində test yoxlaması aparılıb.

Hazırda ölkədə karantin rejiminin yumşaldılması, iş yerlərinin açılması ilə bağlı mərhələli tədbirlər həyata keçirlir.