Gündəm

Bu il Prezident təqaüdü alacaq yazıçı və şairlərin adları nazirliyə göndərildi ÖLKƏ 09.05.20 11:15

Bu il Prezident təqaüdü alacaq yazıçı və şairlərin adları nazirliyə göndərildi

"2020-2021-ci illərdə Prezident təqaüdü alacaq yazıçı və şairlərin siyahısı hazırdır. Azərbaycan Yazıçılar Birliyi siyahını artıq Mədəniyyət Nazirliyinə göndərib”.

 

Kanal14.az Axşam.az -a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza deyib.

AYB sözçüsü bildirib ki, ənənəyə sadiq qalaraq qurum bu dəfə də 70 nəfərlik siyahı hazırlayıb:

"Prezident təqaüdü alacaq yazıçı və şairlərdən 50 nəfəri yaşlı və orta, 20 nəfər isə gənc nəslin nümayəndəsidir. Əslində, biz əvvəlki illərdə təqaüd alanların da adlarını yenidən siyahıya əlavə edə bilərik. Hətta siyahını təkrar təqdim etmək də mümkündür. Amma növbətçilik prinsipi pozulmaması, ədalətlilik prinsipinin qorunması, bütün üzvlərin təqaüddən yararlanması üçün siyahıya əvvəllər adları olmayanların adları daxil edilib”.

Qeyd edək ki, gənc yazarlar üçün prezident təqaüdü 200, yaşlı nəsil şair və yazıçılar üçün 300 manat müəyyən olunub. Təqaüdün müddəti bir ildir.