Gündəm / Cəmiyyət / Sosial / Foto

SON DƏQİQƏ! Azərbaycanda daha bir icra başçısı saxlanıldı? – FOTO

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. 

Kanal14.az qafqazinfo-ya istinadən xəbər verir ki, İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.