kanal14.az
kanal14.az

İcra başçısı idmançıyla karantin qaydalarını BELƏ POZDU — Kabinetində ÇƏKİLMİŞ FOTO

İcra başçısı idmançıyla karantin qaydalarını BELƏ POZDU — Kabinetində ÇƏKİLMİŞ FOTO
25-04-2020, 11:41 337 dəfə baxılıb

İcra başçısı idmançıyla karantin qaydalarını BELƏ POZDU — Kabinetində ÇƏKİLMİŞ FOTO

Tanınmış müğənni Zemfira İbrahimovanın həyat yoldaşı Anar Heydərov sosial şəbəkə hesabında böyük bir qalmaqala səbəb ola biləcək foto paylaşıb.

Müğənninin həyat yoldaşı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qonağı olub.

Anar Heydərov icra başçısı ilə kabinetdə çəkdirdiyi fotosunu instaqram hesabında paylaşaraq onun Tərtər rayonunun inkişafı üçün əlindən gələni əsirgəmədiyini qeyd edib, ona uzun ömür, can sağlığı arzulayıb.

Lakin belə görünür ki, idmançı və icra başçısı ya Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını unudub, ya da bilərəkdən bu qaydalara məhəl qoymayıblar.
Anar Heydərovun paylaşdığı bu foto sosial şəbəkələrdə də paylaşılaraq kəskin tənqid olunub.

Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev xüsusi karantin rejimi qaydalarını pozduğuna görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalamışdı.

//Ölke.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA