kanal14.az
kanal14.az

Ağsu Rayonunda kənd sakinləri aksiya keçirir-Video

Ağsu Rayonunda kənd sakinləri aksiya keçirir-Video
18-04-2020, 17:10 301 dəfə baxılıb

Ağsu Rayonunda kənd sakinləri aksiya keçirir-Video
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Bu gün ölkəmiz Covid- 19 pandemiyası ilə mübarizə apardığı bu çətin dönəmdə,Ağsu rayon Ləngəvid kənd sakinlərini daha bir narahat edən məsələ meydana çıxıb. Belə ki,bu gün "Kanal14.az”ın  redaksiyasına müraciət edən kənd sakinləri bildirib ki,rayon ərazisində heyvandarlıqla məşğul olan sahibkar heç bir əsas olmadan, əkin sahələrimizi yararsız hala salıb. Kənd sakinləri bildirir ki,bu cür haqsızlığa etiraz etdiyimiz üçün əraziyə gələn Polis əməkdaşları bir neçə gənclərə təhqiramiz ifadələr işlədərək, fiziki zor tətbiq edərək şöbəyə aparıblar. Onlar hadisənin       17.04 2020-ci il ,günün ikinci yarısında baş verdiyini bildirirlər. Hal hazırda da bir neçə gənclərin Polis  şöbəsində olduqlarını qeyd etmişdilər. Məsələ ilə bağlı Ağsu rayon İcra hakimiyyəti ilə telefon əlaqə saxladıq. Məsələyə münasibət bildirən İcra başçısının köməkçisi Vüqar Atakişiyevin sözlərinə görə ”sözü gədən ərazidə uzunmüddətli icarə müqaviləsi ilə ,fermer sahəsi üzrə sahibkarlıqla məşğul olan vətəndaş,özünə aid olan sahədə heyvan otararkən kənd sakinləri ilə mübahisə ediblər. Hadisə ilə bağlı əraziyə gələn polis əməkdaşları, bir neçə gənci şöbəyə aparıb”- deyə Vüqar Atakişiyev bildirib. Onu da diqqətinizə çatdıraq ki,kənd sakinlərinin iddiasına görə polis bölməsinə aparılan gəcnləri buraxmadıqları təqdirdə ,aksiyanı daha da gücləndirəcəklər.

Məsələ diqqətimizdədir..!

"Kanal14.az"








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA