Gündəm / Cəmiyyət

Vərəm peyvəndi koronavirusdan ölməyə qoymur? – Məşhur alimlər açıqladı

Vərəmə qarşı peyvənd vurulan ölkələrdə koronavirusdan ölüm digər ölkələrə nisbətən 6 qat daha azdır.

Con Hopkins Universiteti Blumberq Xalq Təbabəti Məktəbinin araşdırmaçılarının yeni analizlərində bu nəticəyə gəlinib.

Koronavirusun müalicəsi və peyvəndinin yaradılması üçün araşdırmalarını davam etdirən elm adamları digər tərəfdən də statistikaları müqayisə edərək xəstəliyin zəiflədiyi durumları ortaya çıxarmağa çalışıb. Onlar ölkələrin gəlir səviyyələri və əhalinin yaşlılıq səviyyəsindən istifadə edərək koronavirus ölüm faizlərinin dəyişikliyini tapmağa cəhd ediblər. Ölkənin iqtisadi statusu və epidemiyanın ən çox rast gəlindiyi yerlərin bilgilərini topladıqdan sonra vərəm peyvəndi istifadə etmək və az koronavirus ölümü səviyyəsi arasında əlaqə olduğunu üzə çıxarıblar. Beləliklə, vərəm peyvəndi vurulan ölkələrdə hər 1 milyon nəfərə düşən ölüm payı, vurulmayan ölkələrdən 6 qat daha az olub.

Lakin universitetin araşdırmaçıları bunun səbəbini açıqlamayıb.

Vərəm peyvəndi 100 il əvvəl tapılıb. Bakterial infeksiya xəstəliyi olan vərəmə qarşı immunitet yaradan peyvəndin başqa faydaları onsuz da elmə məlum idi. Tənəffüs yolları xəstəliklərinə qarşı müqavimət yaradan peyvənd effektivliyini 60 il boyunca davam etdirir.

Vərəm peyvəndinin koronavirus qarşısındakı təsirini anlamaq üçün başqa elm adamları da araşdırmalara başlayıb. Avstraliyada 4 min tibb işçisi vərəm üzərində analizlərə start verib. (publika.az)