Gündəm / Sosial

Gəncədə polis apteklərdə reyd keçirib

Gəncədə polis apteklərdə reyd keçirib
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan DogruXeber.az-a verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması eləcədə maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib. Polis əməkdaşları apteklərdə qiymətlələ maraqlanıb eləcədə əczaçılarla profalktiki söhbətlər aparıblar. Obyekt rəhbələrinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb. Bundan başqa RPİ-nin əməkdaşları park və istirahət güşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıb.
Gəncədə polis apteklərdə reyd keçirib