kanal14.az
kanal14.az

Rusiyadan Qarabağla bağlı YENİ SENSASİON TƏKLİF: 7 rayon və Qarabağı bir hissəsi…

Rusiyadan Qarabağla bağlı YENİ SENSASİON TƏKLİF: 7 rayon və Qarabağı bir hissəsi…
4-03-2020, 15:01 95 dəfə baxılıb

Moskva Humanitar Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan şöbəsinin keçmiş rəhbəri Nikolay Platoşkin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni təkliflə çıxış edib.

N.Platoşkin münaqişənin həlli ilə bağlı hazırkı variantlardan fərqli olan yollar axtarmaq lazımdır: "Ən real variantlardan biri işğal edilmiş 7 rayonun və Dağlıq Qarabağın bir hissəsinin Azərbaycana qaytarılmasıdır. Qarabağın digər hissəsi, eləcə də kommunikasiya üçün Laçın dəhlizi Ermənistanda qalır. Amerikalı analitik Pol Qobl 20 il əvvəl belə bir pan hazırlamışdı. Lakin Ermənistan İranla sərhəddən məhrum edilməməli və Laçın dəhlizi əvəzinə Meqri Azərbaycana verilməlidir”.

Rusiyalı diplomat hesab edir ki, bu seçim Ermənistanda ultra-millətçilər tərəfindən qəbul edilməsə də, bu ölkənin rəhbərliyinə sərf edir.

"Lakin belə variantı həm rəsmi Bakı, həm də Azərbaycan cəmiyyəti anlayışla qarşılamayacaq”, – rusiyalı diplomat bildirib. (publika.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA