kanal14.az
kanal14.az

“SHOWMAN,ACTOR,SENARIST” Elvin Ağayevin Banka olan kreditini kim ödəyəcək?-FOTO

“SHOWMAN,ACTOR,SENARIST” Elvin Ağayevin Banka olan kreditini kim ödəyəcək?-FOTO
3-03-2020, 11:47 88 dəfə baxılıb



"Şou” biznes aləmində o qədər ağla gəlməz hallar baş verir ki,cəmiyyətdə əksər insanların həyata baxış tərzi,demək olar ki, mənfiyə doğru xeyli dərəcədə dəyişilib. Hər bir sahədə işin keyfiyyətinin hansı səviyyədə olmasını müəyyən etmək üçün,mütləq şəkildə kateqoriyalara bölünür.Bu gün isə "şou” aləmində aparılan işlər demək olar ki,mənəvi dəyərlərimizə qarşı zərərli antitəbliğatla irəliləməkdədir.


Təbii ki,tele kanalların bu cür "şou” verlişlərinə böyük yer ayırması,cəmiyyətdə bir çox yaramaz insanların bu yaranan fürsətdən sui istifad etmələrinə bir növ şərait yaradır. Bir çox gənclər var ki,səhnədə yüngül hərəkətlər edərək öz səviyyələrinə uyğun aiditoriyada müxtəlif obrazlara girib,gülüş yaratmağa çalışırlar. Beləliklə də özlərini məşhur aktiyor hesab edirlər. Necə deyərlər "kar könlündəkin anlar”
Bu gün isə bir maraqlı məlumatı diqqətinizə çatdıracağıq.

Ötən gün "DogruXeber.az” informasiya agentliyinin redaksiyasına jurnalist Xəyalə İbrahimli tərəfindən müraciət daxil olmuşdur.Məlumatda bildirilir ki,özünü "SHOWMAN,ACTOR,SENARIST” kimi cəmiyyətə tanıtdıran Elvin Ağayev jurnalistin etibarından sui istifadə edərək,illər öncə Bankdan götürdüyü kredit üçün X.İbrahimlini zamin olaraq qeydə aldırıb. Ümumi məbləği 1500 azn pulu bankdan götürən E.Ağayev götürdüyü pulu bir neçə il ərzində ödəmədiyi üçün həmin məbləğin üzərinə faiz gələrək 4000 manata qədər yüksəlib.

Maraqlısı budur ki,cəmiyyətdə özünü imkanlı şəxs kimi göstərən günümüzün "qəhrəman”ı E.Ağayev kredit götürdüyü az bir məbləğdə pulu ödəmədiyi üçün zamin kimi qeyd olunmuş X.İbrahimlinin ünvanına Bank tərəfindən mütəmadi olaraq məktublar göndərilir. Bu cür haldan narahat olan jurnalist, dəfələrlə E.Ağayevin instaqram səhifəsində yazaraq banka olan borcunun ödəməsini bildirib. O isə hər dəfə yalan vədlər verərək məsələni tez bir zamanda həll edəcəyinə söz verib. Amma təəssüflər olsun ki,bu günə qədər heç bir ödəniş olunmadığı üçün Bank tərəfindən ödəniş üçün göndərilən xəbərdarlıq məktubları zaminin ünvanına gəlməkdədir. Zamin və "məşhur” ödəyici E.Ağayevinin ödənişlər barədə instaqramdakı yazışmaları sizlərə təqdim edirik.

Öz aiditoriasında məşhur olan Elvin Ağayev düşünməlidir ki,özünü cəmiyyətə "şou” ulduzu kimi sırımağa çalışmaqdansa,başqasının etibarından sui istifadə edib Bankdan götürdüyü kredit borcunu ödəməyə calışsın.
P.S. Bütün baş verənlər barədə qarşı tərəfin münasibətin öyrənmək üçün əlimizdə olan imkanların hamısından istifadə etdik ki,E.Ağayevin telefon nömrəsin əldə edək. Təəssüflər olsunki buna nail ola bilmədik.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA