kanal14.az
kanal14.az

Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO

Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO
2-03-2020, 10:51 125 dəfə baxılıb

Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO






 

Ölkədə məmur özbaşınalıqları elə bir həddə gəlib çatıb ki,sanki "koronavirus” kimi pis əməlləri bir-birinə keçirirlər. Təbii ki,hər kəsə məlumdur ki,Agstafa rayonunda başlayan məmur həpslərinin daha fərqli forması,Neftçala rayonunda yeniləndi. Biraz artıq,biraz əksikliyi ilə karrupsiyaya bulaşmış iri məmurlar,bir daha onu deməyə əsas verir ki,vəzifə sahiblərinin böyük əksəriyyəti xalqın mənafeyi uğrunda deyil,öz şəxsi mənafeyləri uğrunda çalışırlar.

Vay olsun o şəxslərə ki,bu dünyada kasıbın,fəqirin və yetimin payını yeyib özlərinə taxt-taç qururlar. Allahın müqəddəs kitabı olan "Qurani Kərim”də o cür şəxslərin yeri cəhənnəm olduğu bildirilir. Təəccüblüdür ki,bu cür çirkaba batmış məmurlar,dövlətin ali qanunlarına qarşı çıxmaqdan belə çəkinmirlər,bəs görəsən Allahın qəzəbindəndəmi qorxmurlar..!?

Əlqərəz,biz düşünürük ki,bu qeyd etdiklərimiz heç də boş yerə deyil,çünki indi diqqətinizə çatdıracağımız məlumat heç də yuxarıda qeyd olunanlardan geri qalmır. Belə ki,bir neçə gün öncə "DogruXeber.az” informasiya agentliyinin redaksiyasına,Gədəbəy rayonu Çaldaş kənd sakini Orucov Kamil Yolçu oğlu,məmur özbaşınalığından son ümid yeri olaraq bizə müraciət etmişdir.
Vətəndaş iki azyaşlı körpə üşaq atasıdır. K.Orucovun atası veteran olmuş və dünyasını dəyişmişdir. Ayrı təsərrüfat olaraq 4 ailə üzvünün başçısı K.Orucov, ailəsini dolandırmaq üçün rayonda bir iş sahibi olmaq istəyir. Amma çox təəssüflər olsun ki,buna nail ola bilmir. Hər birimizə məlumdur ki,uzun illər Gədəbəy rayonuna başçılıq edən keçmiş icra başçısı Ramiz Yediyarov rayonun iş adamlarına "göz verib işıq vermirdi.” Hələ bu bir yana yerli sakinlər başçının özbaşınalığından zara gəlmişdirlər. Təbii ki,sosial mediaya nəzər salsanız,bütün qeyd olunanların hər birinin şahidi olacaqsınız.
Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO











 

Bəli,sabiq icra başçısı R.Yediyarovun özbaşınalıqlarına son qoyulma günü məlum oldu. Belə ki,18 Aprel 2012-ci ildən 1 İyun 2018-ci ilə qədər sürdüyü səltənəti,nəhayət ki,sona verildi. Bu hadisəni sevinc hissi ilə qarşılıyan yerli sakinlər ümid edirdilər ki,yeni təyin olunan icra başçısı onlar üçün işıqlı bir sabah açacaq. Amma çox təəssüf,necə deyərlər "sən saydığını say gör fələk nə sayır.” Təqdimatı yüksək səviyyədə qeyd olunan yeni icra başçısı Mustafayev İbrahim Ənvər oğlunu,kollektivə təqdim edən şəxs Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyev olmuşdur. Prezident köməkçisi cənab Z.Nağdəliyev kollektiv qarşısında çıxışı zamanı sabiq icra başçısı R.Yediyarovun fəaliyyəti zamanı ciddi nöqsanlara yol verdiyini xüsüsi vurğuluyaraq,bundan sonra bu cür halların bir daha təkrar olunmayacağını hər kəsə tövsiyyə etmişdir.

Bəs görəsən yeni təyin olunmuş icra başçısı hörmətli İ.Mustafayev,nə üçün göstərilən etimadı doğrultmur? Redaksiyamıza Gədəbəy rayonunun müxtəlif bölgələrindən şikayət xarakterli müraciətlər durmadan daxil olmaqdadır. Daxil olan müraciətlər isə müxtəlif məzmunda qeyd ounmuşdur. Müraciətlərdən ən çox diqqət çəkəni isə rayonun Çaldaş kənd sakini Orucov Kamil Yolçu oğlunun acınacaqlı durumda olması olmuşdur.
Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO










 

İlk öncə qeyd edək ki,vətəndaş K.Yolçuyev təxminən iki həftə öncə redaksiyamızla telefon əlaqəsi saxlayaraq çarəsiz durumda olduğunu bildirmişdir. Rayon sakinininin sözlərinə görə yerli icra məmurları yerli sakinlərin problemlərinə qeyri ciddi münasibət göstərməklə yanaşı, hətta qəbula gələn sakinləri ələ salırlar. Fevralın 28-də rayonun mədəniyyət evində,Prezident administrasiyasının məsul işçiləri və icra hakimiyyətinin səlahiyyətli şəxləri ilə birlikdə vətəndaşların görüşü keçirilmişdir. Görüş zamanı,problemli vətəndaş qismində iştirak edən K.Yolçuyev gələn qonaqlara yaşadığı acınacaqlı durumu barədə məlumat verərək,onu müvafiq işlə təmin etmələrini xahiş etmişdir.

Təəccüblüsü burdadır ki,vətəndaşın problemini dinləyən məsul şəxslər,K.Yolçuyevin sözü bitər-bitirməz,gülümsüyərək bildiriblər ki,”müraciətini qeydə aldıq zaldan çıx bayıra.” K.Yolçuyev zalı tərk etdikdən dərhal sonra redaksiyamızla telefon əlaqəsi saxlayaraq,qəbul zamanı baş verən xoşagəlməz anları bizə danışdı.

Diqqətinizə çatdıraq ki,rayon sakini K.Yolçuyevin müraciəti ilə bağlı iki həftə öncə rayon icra hakimiyyətində Nicat adlı şəxlə telefon əlaqəsi saxlamışdıq. Sakinin durumu ilə bağlı icra aparatının məsul işçisi Nicat müəllimə kifayət qədər məlumat vermişdik. O isə cavab olaraq bildirmişdir ki,vətəndaş növbəti dəfə qəbula gəlsin müəyyən qədər köməklik göstərərik. Deyilən vədə inandığımız üçün bu məsələni gündəmə gətirmədən,vətəndaşla telefon vasitəsi ilə danışaraq bildirdik ki,növbəti qəbul günü icra hakimiyyətinə get və orada sənə köməklik göstərəcəklər.
Biz haradan bilərdik ki,bu dəfə qəbula gedən vətəndaşı ələ salarlar..!!
Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO



















 

 

 Keçirilən qəbul isə rayonun mədəniyyət evində baş tutmuşdur. Görüş zamanı Prezident Administrasiyasının nümayəndələri və yerli icra məmurları vətəndaşların müraciətlərin dinləmişdirlər. Aldığımız məlumata görə nəticə etibarı ilə keçirilən qəbuldan bir çox yerli sakinlər narazılıqlarını bildiriblər. Necə deyərlər "köhnə hamam köhnə tas” K.Yolçuyev kimi yerli sakinlərin problemləri görünür ki,icra başçısını narahat etmir. Bu hələ son deyil..!!


Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:
DogruXeber.az
Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO
Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO
Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO
Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO
Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO
Gədəbəy rayon icra hakimiyyətində qəbula gedən vətəndaşları ələ salırlar: İDDİA-VİDEO/FOTO







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA