Gündəm / Cəmiyyət

Azərbaycanda məscid və dini ibadətgahlara tapşırıqlar verib - Koronavirusa görə

Azərbaycanda məscid və dini ibadətgahlara tapşırıqlar verib - Koronavirusa görə






 
 
Qafqaz Müsəlmanları İdarə (QMİ) koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanda məscid və dini ibadətgahlara tapşırıqlar verib.

Bu barədə "Report"a QMİ-nin sədr müavini Fuad Nurullayev bildirib.

O bildirib ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi nəzərə alınaraq insanların camaat namazları ilə əlaqədar kütləvi şəkildə ibadət etməsi ilə bağlı məscid rəhbərlərinə və imamlara müvafiq göstərişlər verilib.

Sədr müavini məscidlərə gedən didnarlara müraciət edərək gigiyenik qaydalara riayət olunmasını tövsiyə edib.