Gündəm / Cəmiyyət

XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ

XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ




 Bəşər tarixində törədilmiş dəhşətli cinayətlər,soyqırımlar heç vaxt yaddaşlardan silinmir. Belə qanlı hadisələrdən biri də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insanlıq simasını itirmiş ermənilərin və onların havadarlarının xüsusən SSRİ-dən qalma 366-cı alayın hərbiçilərinin Xocalıda törətdiyi amansız qətliamdır. Tarixi abidələri ilə fərqlənən,Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə,strateji önəmə malik Xocalı rayonu erməni separatçılarının qurbanı oldu. İllər bizi həmin tarixdən uzaqlaşdırsa da bu dəhşətli hadisə xalqımızın yaddaşında daha möhkəm həkk olunur və onların unudulması qətiyyən mümkün deyildir. Qan yaddaşımıza həmişəlik həkk olunan və hər an bizi mübarizəyə səsləyən bu tarixi gün hamımızı daim ayıq sayıq olmağa, Vətənimizin ərazi bütövlüyünü bərpa etmək üçün daha qətiyyətlə mübarizə aparmağa, bununla da Xocalıda həlak olmuş şəhidlərimizim ruhuna təskinlik verməyə çağırır. Dağlara sığınan Xocalı..Azərbaycanın ürək yarası,sağalmaz və əlacı hələ ki, mümkün olmayan kədər ünvanı, yer üzünün qətliam şəhərlərindən biri, insanlığın qanla boğulduğu bir torpaq. Bütün bunlar yurdun Xocalı adlı genosid ünvanı. Elə bir ünvan ki,onu heç kim,yer üzündə sonuncu türk qalana qədər unutmayacaq.Çünkü,düşmən bu torpaqda 613 nəfəri mərmiyə tuş gətirdi. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca ağsaqqal insanları idi.
XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ





 
 
Tarix faktları ilə həmişə istənilən məqamı,istənilən nöqtəni yenidən diqtə etməyə yenidən xatırlatmağa qadirdir. Bu mənada bu gün hər iki valideynini itirmiş 25 nəfər Xocalı uşağı,bir valideynini itirmiş 130 Xocalı uşağı həmin o genosidin canlı şahidi kimi istənilən məqamda , istənilən kürsüdə insanlığın düşmənlərini barmaqla göstərər. Təəssüf ki, 1275 nəfəri əsir götürülmüş, 150 nəfəri itkin düşmüş, bu gün canında, bədənində qəlpə gəzdirən 487 nəfərdən 76-sı uşaq idi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatları rus hərbi birləşmələrinin 366-cı polkunun silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə Xocalı Soyqırımı törədildi. Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlının qətli icra lundu. Xəstələrə,ağsaqqal və ağbirçəklərə, körpə uşaqlara,qadınlara aman verilmədi. Azərbaycan xalqına qarşı amansız şəkildə soyqırım həyata keçirildi. Bu soyqırım siyasəti əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmış və dəqiq yerinə yetirilmişdi. 1992-ci il fevralın 16-da , soyqırımplanından 10 gün əvvəl məlum 366-cı alayın nəzdində "Kulkin erməni cəbhəsi” deyilən "rota” yaradılır . Sözü gedən "rota”nın özəyini Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmalarını təmsil edən , beyinlərinə yeridilən, başı üstlərində "Böyük Ermənistan” xəritəsi asılan silahlı quldur erməni birləşmələri
təşkil edirdi. Fevralın 17-də qızlardan ibarət "Şuşanik” adlı snayperçilər dəstəsi həmin cəbhəyə qoşuldu.Düşüncələrinə türk düşmənçiliyi hopdurulan, insani idrakdan uzaq olan "Şuşanik” snayperçiləri Livandan gətirilmişdi.

1992-ci fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olundu, yerlə-yeksan edildi. Beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspora və lobbiçilərinin birgə hazırladıqları "Böyük Ermənistan " planının ilkin fazası,hərəkətin ilk bəndi "Haydad” və "ASALA” terror təşkilatlarıyla birgə icra olundu. Bu soyqırım əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan "dairəvi” güllələr, digər silahlar sınaqdan çıxarıldı. Həmin qanlı gün saat 23:00 radələrində Xocalıya 11 istiqamətdən hücum həyata keçirildi. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız özünü müdafiə qruplarının ov tüfənglərinə çatan əhali nizami rus ordusu və vəhşi erməni quldurlarına müqavimət göstərmək iqtidarında deyildi. Xocalılar vəhşiliklərlə üz-üzə qaldı. Xocalının tarixinə qara hərflərlə yazılan
bir günü -26 fevral yaşamaq zorunda qoydular bizi.
XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ





 
 Xocalının yer üzündən silinməsi ermənilər üçün strateji xarakter daşıyırdı. Əlbəttə, bu gün həmin hadisələri geniş rakursda təhlil etdikdə bəlli olur
ki, Ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Bu məqsəd isə hərşeydən əvvəl Azərbaycanın ən qədim yaşayış
məskənlərindən olan Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı birləşmələri nəyin bahasına olursa olsun bu maneəni aradan qaldırmağa çalışırdılar.

Birincisi, ermənilərin məqsədi ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən silmək idi. Bu da səbəbsiz
deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni kimi bu qədimliyə güzgü tuturdu.

İkincisi, Xocalının strateji mövqədə-seperatizm yuvası olan Xankəndidən 10 kilometr cənub-şərqdə , Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran, Xankəndi yollarının üstündə yerləşməsi , Qarabağdakı yeganə aeroportun da burada olması idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərini narahat edirdi. Erməni silahlı dəstələrinim qarşısına qoyulmuş əsas vəzifələrdən ən mühümü Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.

Kiçik, uzaq və indi ölü şəhər Xocalı.. Xocalı mənim üçün bu gün ağır dərd yüküdür. Bu yükü biryolluq atmaq, qaysaq bağlamamış ürəyimizin yaralarını sağaltmaq üçün Xocalıya qayıtmalıyıq.

-Qayıdacağıq, mütləq qayıdacağıq! Xocalı mənim üçün şəhidlərin qanı axıdılan müqəddəs bir torpaqdır. Xocalı gözləri yolda qalan,övladlarının yolunu həsrətlə gözləyən, lakin hələ ki, əlindən heç nə gəlməyən bir ana timsalıdır. Amma övladlar analarının gözünü yolda qoymağa qıymazlar. Biz Xocalıya qayıdacağıq, mütləq qayıdacağıq!!!

Ləman Xəyalqızı (Əsgərova)